Honor Magic 7 Pro-nun real fotoları ortaya çıxıb
Honor şirkəti gələn ilin əvvəlində Honor Magic 7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri isə Honor Magic 7 Pro olacaq. İndi isə məlum olub ki, Honor Magic 7 Pro smartfonunun real fotoları Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Fotolara əsasən Honor Magic 7 Pro hər tərəfdən bərabər şəkildə bir qədər əyilmiş ekranı əldə edəcək. Ekranın üzərində isə oval formalı çıxıntı yerləşəcək. Gözləntilərə əsasən Honor Magic 7 Pro smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Üstəlik smartfonda yeni süni zəka funksiyalarının olacağı da güman edilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar