
Honor Magic 7 RSR Porsche Design anons edilib
Cihazlar+
31.10.2024
Emil
Honor şirkəti dünən Honor Magic 7 və Magic 7 Pro smartfonlarını təqdim etdi. Lakin bunlar Magic 7 seriyasına daxil olan yeganə smartfonlar olmayacaqlar. Belə ki, şirkət Honor Magic 7 RSR Porsche Design modelini də anons edib. Qeyd etmək lazımdır ki, anons edilmiş bu modelin dizaynı Porsche Design komandası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təqdim edilmiş fotolara əsasən smartfon yastı gövdə dizaynını əldə edib və onun arxa panelində 6 bucaqlı formasında kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində isə 3 ədəd obyektiv mövcuddur. Honor bildirib ki, Honor Magic 7 RSR Porsche Design modeli dekabr ayında satışa çıxacaq. Lakin smartfonun texniki göstəriciləri və satış qiyməti barəsində hələ heç bir məlumat verilməyib.



Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
