
Honor Magic 7 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
14.10.2024
Emil
Honor şirkəti rəsmi şəkildə Honor Magic 7 smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor Macic 7 smartonları 30 oktyabr tarixində Çində təqdim olunacaqlar. Bununla yanaşı posterdə əks olunmuş məlumata əsasən Magic 7 smartfon seriyasının təqdimatından 1 həftə öncə isə şirkət MagicOS 9.0 istifadəçi interfeysini təqdim edəcək. Posterdə “Witness the magic of AI” sloqanını görmək olar. Bu isə MagicOS 9.0-da süni zəka funksiyalarının olacağına işarə edir. Honor Magic 7 seriyasına gəldikdə isə gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq. Honor Magic 7 və Magic 7 Pro. Hər iki modelin Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacağı güman edilir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
