Logo
    main-post-cover

    Honor Magic5 smartfonu təqdimatdan öncə Geekbench 5 testlərindən keçib

    Cihazlar+
    21.02.2023
    Emil
        Gələn həftənin 27 fevral tarixində Barselonada MWC 2023 sərgisi start götürəcək və bu sərgidə bir çox şirkət öz yeni məhsullarını təqdim edəcək. Sərgidə iştirak edəcək şirkətlərdən biri də Honor olacaq. Honor MWC 2023 sərgisi çərçivəsində Honor Magic5 smartfon seriyasını təqdim etməlidir. İndi isə Honor Magic5 modelinin Geekbench 5 bençmark saytının testlərindən keçdiyi məlum olub. Beləliklə sözügedən smartfon Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1411 xal, çox nüvəli testi çərçivəsində isə 4584 xal toplayıb. Qeyd etmək lazımdır ki, Honor Magic5 smartfon modelinin Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM256 GB daxili yaddaş həcmi ilə təchiz olunacağı gözlənilir. Smartfon Android 13 vasitəsilə çalışmalıdır. Magic5-dən əlavə olaraq Honor şirkəti Magic5 Pro Magic5 Ultimate modellərini təqdim etməlidir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə şirkət Magic5 Lite smartfonunu təqdim etmişdi.
    Paylaş
    Bənzər xəbərlər