Logo
    Honor Pad 9 planşeti qlobal bazarda satılacaq

    Honor Pad 9 planşeti qlobal bazarda satılacaq

    Cihazlar+
    19.01.2024
         Honor şirkəti keçən ayın sonuna yaxın Çində Honor Pad 9 planşetini təqdim etdi. Görünür, şirkət sözügedən planşeti həmçinin qlobal bazarda da təqdim edəcək. Belə ki, Honor Pad 9 planşeti HEY2-W09 model nömrəsi ilə Sinqapurun IMDA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, Honor Pad 9-un qlobal bazarda təqdimatı artıq çox yaxındır. Qeyd etmək lazımdır ki, planşetin Çində satılan versiyası 12.1 düym LCD ekranla təchiz olunur, Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8300 mAh enerji tutumlu batareyanı birləşdirir. Çox güman ki, planşetin qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan fərqlənməyəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...