main-post-cover

    Honor Pad 9 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Honor şirkəti Magic 6 Pro smartfonunun qlobal versiyası ilə yanaşı həmçinin Honor Pad 9 planşetinin də qlobal versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, şirkət sözügedən planşeti Çin bazarında keçən ilin dekabr ayında təqdim etmişdi. Planşetin qlobal versiyası həm xarici görünüşcə həm də texniki göstəricilər baxımından Çində satılan versiyanın kopyasıdır. Belə ki, Honor Pad 9-un qlobal versiyası 120 Hz-lik təsvir yenilənməsinə sahib 12.1 düym IPS ekranla təchiz olunub, Qualcomm Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Üstəlik planşet 13 MP-lik arxa kameraya, 8 MP-lik ön kameraya və 35 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareyaya sahibdir. Honor Pad 9-un qlobal versiyası yaxın zamanda 350 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Pro qlobal bazarda təqdim olunub - QİYMƏTİ
    honor-magic-6-pro-qlobal-bazarda-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan Honor MagicBook Pro 16 noutbuku Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-honor-magicbook-pro-16-noutbuku-geekbench-testlerinden-kecib
    Honor Magic 6 Pro qlobal bazarda hansı qiymətə satılacaq?
    honor-magic-6-pro-qlobal-bazarda-hansi-qiymete-satilacaq
    Honor MagicBook 16 Pro noutbukunun təqdimatı anons edilib
    honor-magicbook-16-pro-noutbukunun-teqdimati-anons-edilib
    Honor şirkəti Porsche Design komandası ilə birgə hazırladığı növbəti smartfonunun təqdimatını anons edib
    honor-sirketi-porsche-design-komandasi-ile-birge-hazirladigi-novbeti-smartfonunun-teqdimatini-anons-edib