Logo
    main-post-cover

    Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb

    Cihazlar+
    11.07.2024
    Emil
         Android smartfonların istehsalçıları arasında bir ənənə var ki, onlar təkcə Apple şirkətini deyil həm də bir-birilərini trollayırlar. Bu dəfə Honor şirkəti Samsung-un dünənki Galaxy Unpacked 2024 tədbirindən yan keçməyərək onu trollayıb. Belə ki, şirkət Samsung-un trollanmasında əsas diqqətini Galaxy Z Fold 6 smartfonunun qalınlığına ayırıb. Honor şirkəti X-dəki (keçmiş Twitter) hesabında belə başlıqlı paylaşım edib. “Qatlayın, lakin razı olmayın. Honor Magic V2 qatlana bilən smartfonlar qalaktikasında hələ də bir neçə işıq il öndədir”.
         Bu başlıq üçün şirkət Galaxy Z Fold 6-nın qalınlığı ilə Honor Magic V2-nin qalınlığı arasında müqayisəni əks etdirən fotonu sərgiləyib. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın qalınlığı qatlanmış vəziyyətdə 12.1 mm, tam açıq vəziyyətdə isə 5.6 mm təşkil edir. Keçən ilki Galaxy Z Fold 5-in qalınlığı qatlanmış vəziyyətdə 13.4 mm, tam açıq vəziyyətdə isə 6.1 mm təşkil edir. Beləliklə dünən təqdim edilmiş Galaxy Z Fold 6 smartfonu keçən ilki Galaxy Z Fold 5-dən bir qədər nazikdir. Lakin bu mövzuda o, Honor Magic V2-dən geridə qalır. Belə ki, Honor Magic V2-nin qalınlığı qatlanmış vəziyyətdə 9.9 mm, tam açıq vəziyyətdə isə 4.7 mm təşkil edir.
    Paylaş