main-post-cover

    Honor şirkəti Honor 90 Lite 5G smartfonu üzərində çalışır

    Cihazlar+
    05.06.2023
    Farid Pardashunas
        Keçən ay Honor şirkəti Honor 90 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Honor 90 ilə Honor 90 Pro daxildir. İnsayderlərin verdikləri məlumata əsasən şirkət Honor 90 Lite 5G adlı yeni smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, Honor 90 Lite 5G qlobal bazar üçün nəzərdə tutulub və o, aprel ayında təqdim edilmiş Honor X50i smartfonunun kopyası olacaq. İnsayderlərin sözlərinə əsasən Honor 90 Lite 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym yastı ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışacaq və özündə 100 MP-lik əsas arxa kameranı, 8 MP-lik ön kameranı və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Honor 90 Lite 5G-nin nə zaman təqdim ediləcəyi və hansı qiymətə satılacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər