main-post-cover

    Honor şirkəti mobil gamerlər üçün nəzərdə tutulmuş Honor 80 GT smartfonu üzərində çalışır

    Cihazlar+
    28.11.2022
    Farid Pardashunas
        Keçən həftə Honor şirkəti Honor 80 smartfon seriyasını təqdim etdi. Sözügedən smartfon seriyasına Honor 80, Honor 80 Pro Honor 80 SE modelləri daxildir. Verilmiş yeni məlumata əsasən isə bu smartfon seriyasına daha bir model daxil olacaq. Belə ki, Honor şirkəti hal hazırda Honor 80 GT smartfonu üzərində çalışır və sözügedən smartfon mobil gamerlər üçün nəzərdə tutulacaq. Məlumatda qeyd edilib ki, Honor 80 GT modeli Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
        Bu məsələdə yeni smartfon Honor 80 Pro ilə eyni olacaq. Honor 80 GT-ni Honor 80 Pro-dan fərqləndirəcək özəllik ondan ibarət olacaq ki, yeni smartfon yastı ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Honor 80 Pro modeli kənarları bir qədər əyilmiş dizaynda reallaşdırılmş ekrana sahibdir. Honor 80 GT-nin texniki özəllikləri barəsində digər bir məlumat yoxdur. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Honor 80 GT modeli gələn ay satışa çıxacaq və münasib qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər