
Honor şirkəti Porsche Design ilə birgə öz smartfonlarının xüsusi versiyalarını hazırlayacaq
Cihazlar+
14.12.2023
Emil
Honor şirkəti premium brend hesab edilən Porsche Design ilə əməkdaşlıq etdiyini elan edib. Şirkət hətta bu əməkdaşlığı əks etdirən posteri də təqdim edib. Honor-un Porsche Design ilə birgə hazırlayacağı xüsusi smartfonların modelləri barəsində hələ heç bir məlumat yoxdur. Lakin insayderlər bu barədə bəzi məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən iki şirkətin əməkdaşlığı çərçivəsində hazırlanacaq ilk xüsusi smartfonlardan biri Honor Magic 6 seriyasına daxil olacaq, digəri isə qatlana bilən Magic V3 smartfonu olacaq. Honor şirkətinin xüsusi dizayna sahib smartfonlarının nə zaman təqdim olunacaqları bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
