Honor-un V Purse adlı yeni qatlana bilən smartfonu rəsmi şəkildə satışa çıxacaq

Honor-un V Purse adlı yeni qatlana bilən smartfonu rəsmi şəkildə satışa çıxacaq

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Honor şirkəti bu ayın əvvəlində Berlində keçirilmiş IFA 2023 sərgisi çərçivəsində Honor V Purse adlı yeni qatlana bilən smartfonunu təqdim etdi. Bu qatlana bilən smartfonun şirkətin digər qatlana bilən smartfonlarından əsas fərqləndirici tərəfi ondadır ki, o, daxili istiqamətə deyil, xarici istiqamətə qatlanır. Bundan əlavə olaraq smartfonu xüsusi kəmərlər vasitəsilə kiçik çanta kimi gəzdirmək olar. Honor V Purse smartfonunun rəsmi şəkildə satışa çıxıb-çıxmayacağı bilinmirdi.


    Onun ümumiyyətlə konseptual bir smartfon olduğu düşünülürdü. Lakin məlum olub ki, Honor sözügedən yeni qatlana bilən smartfonunu rəsmi şəkildə Çində satışa çıxardacaq. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor V Purse 19 sentyabr tarixində satışa çıxacaq. Çox güman ki, məhz həmin gündə şirkət bu qatlana bilən smartfonun texniki göstəricilərini də təqdim edəcək. Bəzi məlumat sızıntılarına inansaq, Honor V Purse smartfonu Snapdragon 778G prosessoru vasitəsilə çalışacaq və 33 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×