
Honor X50 GT smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Cihazlar+
29.12.2023
Emil
Honor şirkəti artıq Honor X50 GT smartfonunun təqdimatını anons edib. Smartfon 4 yanvar tarixində təqdim olunacaq. İndi isə şirkət Çinin Weibo adlı sosial şəbəkəsində sözügedən smartfonun yeni tizer posterini təqdim edib. Təqdim edilmiş tizer poster smartfonun hansı prosessor vasitəsilə çalışacağı məlumatını özündə birləşdirir. Beləliklə tizer posterə əsasən smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Honor X50 GT-nin 1.5K keyfiyyətli OLED ekranı və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
