Logo
    main-post-cover

    Honor X50 GT smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    28.12.2023
         Honor şirkəti Honor X seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Honor X50 GT-dən gedir. Şirkətin təqdim etmiş olduğu posterə əsasən sözügedən smartfon 4 yanvar tarixində Çində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Honor X50 GT smartfonu 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor X50 GT smartfonunun təqdimatı anons edilib | Technote