main-post-cover

    Honor X60 və X60 Pro smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.10.2024
    Emil Nəcəfov
         Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi Honor X60 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub. Honor X60 və X60 Pro. Bu yeni smartfonlar ümumi olaraq xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Lakin onların arasında bəzi fərqlər var. Məsələn Honor X60 modeli yastı gövdə və ekran dizaynına sahib olduğu halda Honor X60 Pro modelinin ekranının kənar hissələri əyilmiş dizaynda hazırlanıb. Üstəlik adi Honor X60 modelinin ekranı üzərində dairəvi formalı çıxıntı hissə, X60 Pro modelinin ekranı üzərində isə oval formalı çıxıntı hissə yerləşdirilib.
         Smartfonlar bəzi texniki göstəricilər baxımından fərqlənirlər. Honor X60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü IPS ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Honor X60 Pro modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Adi Honor X60-da barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə, Honor X60 Pro-da isə bu texnologiya birbaşa ekrana inteqrasiya edilib. Üstəlik Honor X60 ilə müqayisədə Pro model stereo səsgücləndiricilərə sahibdir.
         Adi Honor X60 modeli MediaTek Dimensity 7025 prosessoru vasitəsilə, X60 Pro modeli isə Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda hər iki smartfon 108 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Adi Honor X60 modeli 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı, X60 Pro modeli isə 66 vatt gücündə sürətli şarj texnologiyalı 6600 mAh enerji tutumlu batareyanı əldə edib. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Honor X60 smartfonları artıq satışa çıxıblar. Adi Honor X60-ın qiyməti 168$-dan, X60 Pro-nun qiyməti isə 210$-dan start götürür. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Honor X5b və X5b Plus smartfonları təqdim edilib - QİYMƏTİ
    budceli-honor-x5b-ve-x5b-plus-smartfonlari-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan Honor Tablet GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə məlum olub
    teqdimata-hazirlasan-honor-tablet-gt-pro-nun-prosessoru-ve-batareya-hecmi-resmi-sekilde-melum-olub
    Təqdimata hazırlaşan Honor Magic 7 Pro-nun texniki imkanları barəsində təfərrüatlar verilib
    teqdimata-hazirlasan-honor-magic-7-pro-nun-texniki-imkanlari-baresinde-teferruatlar-verilib
    Honor Magic 7 smartfon seriyasının təqdimatı anons edilib
    honor-magic-7-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Honor X60 smartfonlarının gövdələri olduqca dözümlü olacaqlar
    honor-x60-smartfonlarinin-govdeleri-olduqca-dozumlu-olacaqlar