Logo
    main-post-cover

    HP Series 7 Pro 724pn monitoru təqdi edilib - QİYMƏTİ

    Cihazlar+
    31.05.2024
    Emil
         HP şirkəti bir neçə gün bundan öncə professionallar üçün nəzərdə tutulmuş HP Series 7 Pro Monitor 738pu adlı 37.5 düym ekrana sahib monitorunu təqdim etdi. İndi isə şirkət daha bir yeni monitorunu təqdim edib. Yeni monitor HP Series 7 Pro 724pn adlanır. Bir neçə gün bundan öncə təqdim edilmiş monitordan fərqli olaraq Series 7 Pro 724pn yastı ekranı əldə edib. Beləliklə HP-nin bu yeni monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 24 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyədir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 1.4, DisplayPort 1.2, USB Type-AUSB Type-B girişlərini birləşdirir. HP Series 7 Pro 724pn artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 262$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş