HTC öz yeni smartfonunun təqdimatını anons edib
Cihazlar+
06.06.2024
Emil Nəcəfov
HTC şirkəti öz yeni smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən yeni smartfon 12 iyun tarixində təqdim ediləcək. Təqdimat tədbiri isə Tayvanda baş tutacaq. HTC 12 iyun tarixində təqdim ediləcək yeni smartfonunun adını açıqlamayıb. Lakin bunun HTC U24 Pro olacağı gözlənilir. Qeyd etmək lazımdır ki, şirkət keçən ilin may ayında HTC U23 Pro smartfonunu təqdim etmişdi. Beləliklə 12 iyun tarixində təqdim ediləcək yeni smartfonun da HTC U23 Pro-nun davamçısı olma ehtimalı çox yüksəkdir. Bəzi məlumatlara əsasən HTC-nin yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ekranla təchiz olunacaq, Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı birləşdirəcək. Smartfonun qutudan Android 14-ü əldə edəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HTC-nin yeni smartfonunun ön panel dizaynı və bəzi texniki özəllikləri ortaya çıxıblar
HTC-nin yeni smartfonunun ön panel dizaynı və bəzi texniki özəllikləri ortaya çıxıblar
Bir neçə gün bundan öncə məlum oldu ki, HTC şirkəti yeni orta büdcəli smartfonu üzərində çalışır.
HTC-nin hazırladığı yeni orta büdcəli smartfon Geekbench testlərindən keçib
HTC-nin hazırladığı yeni orta büdcəli smartfon Geekbench testlərindən keçib
HTC şirkətinin hal-hazırda əsas gəlir mənbəyinin VR sahəsi olmasına baxmayaraq şirkət yeni smartfonların hazırlanması ilə məşğul olmağa davam edir.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!