main-post-cover

    Huawei Enjoy 70 Pro-nun real fotoları və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    27.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti bu ayın əvvəlində Enjoy 70 smartfonunu təqdim etmişdi. Görünür, şirkət indi də Enjoy 70 Pro smartfonunun təqdimatına hazırlaşır. Belə ki, insayderlər Huawei Enjoy 70 Pro-nun real fotolarını və texniki göstəricilərini təqdim ediblər. Təqdim edilmiş real fotolarda smartfon qara gövdə rəngində əks olunub. Fotolardan da görmək olar ki, smartfonun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi, ekranı üzərində isə kiçik ölçülü dairəvi çıxıntı yerləşib. Arxa paneldəki dairəvi kamera sahəsinin daxilində 3 ədəd kamera obyektivi və LED işıqlandırma mövcuddur.
         Texniki göstəricilərə gəldikdə isə insayderlər bildiriblər ki, Huawei Enjoy 70 Pro smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym IPS ekranla təchiz olunacaq və Snapdragon 680 (4G) prosessoru vasitəsilə çalışacaq. Smartfon həmçinin 8 GB RAM-a, 128/256 GB daxili yaddaş həcminə, 108 MP-lik əsas arxa kameraya, 8 MP-lik ön kameraya və 40 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Kirin 8000 və Kirin 9000SL prosessorları AnTuTu testlərindən keçiblər
    huawei-kirin-8000-ve-kirin-9000sl-prosessorlari-antutu-testlerinden-kecibler
    Huawei nova 12 Pro və nova 12 Ultra təqdim edilib - QİYMƏTİ
    huawei-nova-12-pro-ve-nova-12-ultra-teqdim-edilib-qiymeti
    Huawei nova 12 və nova 12 Lite təqdim olunub - QİYMƏTİ
    huawei-nova-12-ve-nova-12-lite-teqdim-olunub-qiymeti
    Huawei Kirin 9000SL prosessoru barəsində məlumat ortaya çıxıb
    huawei-kirin-9000sl-prosessoru-baresinde-melumat-ortaya-cixib
    Təqdimatdan bir gün qabaq Huawei nova 12 Ultra-nın texniki göstəriciləri açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-12-ultra-nin-texniki-gostericileri-aciqlanib