main-post-cover

    Huawei Enjoy 70 Pro smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.01.2024
    Emil Nəcəfov
         Huawei şirkəti 1 ay bundan öncə Huawei Enjoy 70 smartfonunu təqdim etmişdi. İndi isə şirkət Huawei Enjoy 70 Pro adlı yeni smartfonunu təqdim edib. Huawei Mate 50 dizaynında reallaşdırılmış Enjoy 70 Pro smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessoru, 108 MP-lik əsas arxa kamerası və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Huawei Enjoy 70 Pro smartfonu Full HD+ keyfiyyətli 6.7 düym yastı LCD ekranla təchiz olunub. Şirkət ekranın hansı göstəricidə təsvir yenilənməsinə sahib olduğu barəsində məlumat verməyib.
         Güman etmək olar ki, ekran ya 60 Hz-lik ya da 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 680 prosessoru (yalnız 4G dəstəyi), 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei Enjoy 70 Pro 10 yanvar tarixində Çində satışa çıxacaq və onun qiyməti 200$-dan start götürəcək. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
    2023-cu-ilin-ucuncu-rubu-uzre-mobil-prosessorlar-bazarinin-statistikasi-teqdim-edilib
    Huawei Enjoy 70 Pro-nun real fotoları və texniki göstəriciləri təqdim edilib
    huawei-enjoy-70-pro-nun-real-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Huawei Kirin 8000 və Kirin 9000SL prosessorları AnTuTu testlərindən keçiblər
    huawei-kirin-8000-ve-kirin-9000sl-prosessorlari-antutu-testlerinden-kecibler
    Huawei nova 12 Pro və nova 12 Ultra təqdim edilib - QİYMƏTİ
    huawei-nova-12-pro-ve-nova-12-ultra-teqdim-edilib-qiymeti
    Huawei nova 12 və nova 12 Lite təqdim olunub - QİYMƏTİ
    huawei-nova-12-ve-nova-12-lite-teqdim-olunub-qiymeti