Logo
    main-post-cover

    Huawei Enjoy 70X smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.01.2025
    Emil
         Huawei şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət Huawei Enjoy 70X-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Kirin prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Huawei Enjoy 70X smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir.
         Smartfon Kirin 8000A prosessoru vasitəsilə çalışır və 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Şirkət smartfonun hansı göstəricidə RAM yaddaşını əldə etdiyini açıqlamayıb. Kameralar mövzusunda Huawei Enjoy 70X smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon özündə 40 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareyanı birləşdirir. Huawei Enjoy 70X 10 yanvar tarixində Çində satışa çıxacaq və onun qiyməti 246$-dan start götürəcək. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş