main-post-cover

    Huawei FreeBuds 4E 2024 naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.02.2024
    Emil Nəcəfov
         Huawei şirkəti FreeBuds 4E 2024 adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Bu, 2022-ci ildə satışa çıxmış FreeBuds 4E qulaqlığının yenilənmiş versiyasıdır. Xarici görünüş və texniki özəlliklər baxımından qulaqlıqlar eynidir. Sadəcə olaraq FreeBuds 4E 2024 modelinin çalışma müddəti daha çoxdur. FreeBuds 4E 2024 modeli 14.3 mm-lik dinamik audio drayverlər ilə təchiz olunub və özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirir. Telefon danışıqları zamanı ətraf səs-küyün boğulması və səsin daha aydın şəkildə ötürülməsi üçün qulaqlıqlarda 3 ədəd mikrofondan istifadə edilir. Bu yeni qulaqlıqlar Bluetooth 5.2 texnologiyasını dəstəkləyirlər və eyni anda iki cihaza qoşula bilirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 4 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birgə bu göstərici 26 saat təşkil edir. Huawei FreeBuds 4E 2024 artıq satışa çıxıb və onun qiyməti 100$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei HarmonyOS-in desktop verisyasını istifadəyə verməyə hazırlaşır
    huawei-harmonyos-in-desktop-verisyasini-istifadeye-vermeye-hazirlasir
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin texniki imkanları açıqlanıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-texniki-imkanlari-aciqlanib
    Huawei Kirin prosessorlu yeni noutbuk üzərində çalışır
    huawei-kirin-prosessorlu-yeni-noutbuk-uzerinde-calisir
    Huawei P70 iki müxtəlif ekran ölçüsü versiyasında test edilir
    huawei-p70-iki-muxtelif-ekran-olcusu-versiyasinda-test-edilir
    Huawei artıq Mate 70 flaqman smartfonlarının testlərinə start verib
    huawei-artiq-mate-70-flaqman-smartfonlarinin-testlerine-start-verib