
Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdimata hazırlaşır
Cihazlar+
29.03.2024
Emil
Huawei şirkəti 2021-ci ildə FreeBuds Lipstick adlı naqilsiz qulaqlığı təqdim etmişdi. Bu naqilsiz qulaqlığın əsasa dizayn özəlliyi ondan ibarətdir ki, onun şarj keysi dodaq boyasına bənzəyir. İnsayderlərin sözlərinə əsasən Huawei şirkəti FreeBuds Lipstick-in yeni versiyasını hazırlayır. İnsayderlər bildiriblər ki, Huawei FreeBuds Lipstick 2 artıq gələn həftə təqdim oluna bilər. Sözügedən yeni naqilsiz qulaqlığın texniki imkanları barəsində məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, Huawei FreeBuds Lipstick 2 2021-ci ildə təqdim edilmiş versiya kimi ətraf səs-küyün aktiv boğulması funksiyasını əldə edəcək və onun gövdəsi sudan qorunma özəlliyinə sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
