Logo
    main-post-cover

    Huawei Kirin prosessorlu yeni noutbuk üzərində çalışır

    Cihazlar+
    01.02.2024
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Huawei şirkəti öz yeni noutbuku üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin yeni noutbuku Kirin prosessoru vasitəsilə çalışacaq. İnsayderlərin sözlərinə əsasən noutbukun sahib olacağı Kirin prosessoru özündə 4 ədəd yüksək performanslı nüvəni, 4 ədəd orta performanslı nüvəni və Maleoon 910 adlı qrafik çipini birləşdirəcək. Bununla yanaşı prosessor süni zəka funksiyaları ilə qarşılıqlı əlaqədə olmaq üçün neyron çipinə sahib olacaq. Məlumata əsasən şirkətin yeni noutbuku 32 GB-a kimi LPDDR5 standartlı RAM yaddaşını və 2 TB-a kimi SSD-ni əldə edəcək. Çox güman ki, noutbuk HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışacaq. Yeni Huawei noutbukunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş