Huawei Mate 40 smartfon seriyası bu il satışa çıxmaya bilər

Huawei Mate 40 smartfon seriyası bu il satışa çıxmaya bilər

Mobil Cihazlar
14.09.2020 PAYLAŞIM

    Mütəmadi ortaya çıxan məlumat sızıntıları Huawei şirkətinin Mate 40 flaqman smartfon seriyasının həm texniki özəllikləri həm də satış tarixi barəsində təfərrüatları təqdim edirlər. İndi isə nüfuzlu insayderin verdiyi məlumata əsasən Huawei pərəstişkarları bu il Mate 40 seriyasının satışlarını gözləməyə bilərlər. Bu barədə Gizmochina saytı xəbər verib. Nüfuzlu insayder olan Evan Blass öz Twitter hesabında bildirib ki, Mate 40 seriyasının təqdimatı bu ilin sonuna kimi baş tutsa da smartfonlar yanız 2021-ci ildə satışa çıxacaqlar.


    Söhbət, smartfonların qlobal satışlarından gedir. Çin bazarında Mate 40 smartfonları bu il satışa çıxa bilərlər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çxımışdı ki, Huawei şirkəti Mate 40 seriyası üçün nəzərdə tutulmuş komponentlərin istehsalat sayını azaldıb. Bunun əsas səbəbi ondadır ki, şirkət analitiklərinin fikirlərinə əsasən satışlar gözlənildiyindən aşağı olacaq. ABŞ sanksiyaları səbəbilə Mate 40 seriyası Google servislərinə sahib olmayacaq. Bununla yanaşı sözügedən seriyanın smartfonları Kirin 9000 flaqman prosessoru ilə təchiz olunmalıdırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.


Huawei P50 smartfonunun rəsmi dizaynı sərgilənib (VİDEO)

Huawei şirkəti Watch 3 smart saatını və HarmonyOS əməliyyat sistemini təqdim etdikdən sonra P50 smar..


iPhone 13 smartfonlarının əldə edəcəkləri batareya həcmləri barəsində məlumat or..

Bu il təqdim olunacaq iPhone 13 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa dav..


Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib.


Samsung Galaxy F52 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib - QİYMƏTİ..

Samsung şirkəti 5G dəstəkli yeni orta büdcəli smartfonunu təqdim edib.

×