Huawei Mate 60 Pro+ smartfonu təqdim edilib

Huawei Mate 60 Pro+ smartfonu təqdim edilib

Mobil Cihazlar
08.09.2023 PAYLAŞIM

    Huawei şirkəti Mate X5 adlı yeni qatlana bilən smartfon ilə yanaşı həmçinin Mate 60 smartfon seriyasının da yeni modelini təqdim edib. Söhbət Mate 60 Pro+ modelindən gedir. Xarici görünüşcə bu smartfon Mate 60 Pro-ya bənzəyir. Bununla belə o, bəzi texniki göstəricilər baxımından adi Mate 60 Pro-dan fərqlənir. Beləliklə Mate 60 Pro+ smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2720x1260 piksel keyfiyyətli 6.82 düym OLED ekranla təchiz olunub. Ekran Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub.


    Adi Mate 60 Pro-da olduğu kimi Mate 60 Pro+ modelində də ekran üzərində dairəvi formalı 3 ədəd çıxıntı yerləşib. Onlardan biri ön kamera, digəri üz skanı üçün nəzərdə tutulub. Üçüncü dairəvi çıxıntının nəyə yaradığı bilinmir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

    Əsas texniki göstəricilər baxımından Mate 60 Pro+ smartfonu Kirin 9000s prosessoru, 16 GB RAM, 512 GB/1 TB daxili yaddaş həcmi, 48 MP + 48 MP + 40 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 20 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Huawei bu yeni smartfonun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatları daha sonra təqdim edəcək.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×