Logo
    main-post-cover

    Huawei Mate 60 RS Ultimate Design smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2023
    Emil
        Huawei MatePad Pro 13.2 planşeti ilə yanaşı şirkət həmçinin özünün Ultimate Design adlı premium brendini də işə saldığını elan edib. Huawei sözügedən brendi daha öncə Mate seriyasında istifadə etmiş olduğu Porsche Design brendinin əvəzinə istifadə edəcək. Yeni premium brendin adı altında təqdim edilmiş ilk məhsul isə Mate 60 RS Ultimate Design smartfonu oldu. Mate 60 RS Ultimate Design xarici görünüşcə Mate 60 Pro+ modeli ilə keçən ilki Mate 50 RS Porsche Design modeli arasında olan bir smartfonu xatırladır.
        Sözügedən yeni smartfonun komplektasiyası diqqəti cəlb edir. Belə ki, smartfonun komplektinə orijinal keys, iki ədəd USB-C naqili (biri şəxsi, digəri isə avtomobil üçün), USB-C və USB-A girişlərinə sahib 2 ədəd 88 vatt gücündə sürətli şarj dəstəkli adapteri (biri şəxsi, digəri isə avtomobil üçün) və naqilli qulaqlıq daxildir. Texniki göstəricilər baxımından Mate 60 RS Ultimate Design modeli Mate 60 Pro+ modelindən heçnə ilə fərqlənmir. Smartfon iki versiyada təqdim edilib. 16 GB RAM ilə 512 GB yaddaşa sahib versiya və 16 GB RAM ilə 1 TB yaddaşa sahib versiya. Birinci versiya 1641$-a, ikinci versiya isə 1778$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər