
Huawei MatePad 13.2 planşetinin davamçısı təqdimata hazırlaşır
Cihazlar+
18.11.2024
Emil
Huawei şirkəti keçən ilin payız fəslində MatePad Pro planşetinin 13.2 düym ölçülü ekrana sahib versiyasını təqdim etmişdi. Planşet nəticədə MatePad Pro 13.2 adlandı. İndi isə şirkət onun davamçısının təqdimatına hazırlaşır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib.
İnsayderin sözlərinə əsasən Huawei şirkəti Mate 70 smartfon seriyasını 26 noyabr tarixində təqdim edəcək və həmin gündə şirkət üstəlik MatePad Pro 13.2 Gen 2 planşetini də təqdim edəcək. İnsayder yeni nəsil planşetin MatePad Pro 13.2-dən nə ilə fərqlənəcəyi barəsində məlumat verməyib. Lakin bunun əvəzinə insayder bildirib ki, 26 noyabr tarixində şirkət Huawei Watch D2 smart saatını, qatlana bilən Mate X6 smartfonunu və Huawei Freebuds Pro 4 naqilsiz qulaqlığını təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
