
Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MatePad 11.5 S 2025 planşeti ilə yanaşı ikinci yeni planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Air 2025-dən gedir. Bu yeni planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 12 düym ölçülü LCD ekranla təchiz olunub. Planşetin hansı prosessor vasitəsilə çalışdığı açıqlanmayıb. Lakin çox güman ki, bu, şirkətin fərdi Kirin prosessorudur. Planşet 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda MatePad Air 2025 özündə 50 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei MatePad 11.5 S 2025 planşeti 21 avqust tarixində Çində satışa çıxacaq və onun qiyməti 417$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş