main-post-cover

    Huawei MatePad Pro 13.2 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda MatePad Pro 13.2 planşetini təqdim edib. Qeyd etmək lazımdır ki, şirkət sözügedən planşeti hələ sentyabr ayında Çində təqdim etmişdi. Planşetin qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan fərqlənmir. MatePad Pro 13.2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1920 piksel keyfiyyətli 13.2 düym OLED ekranla təchiz olunub və Kirin 9000s prosessoru vasitəsilə çalışır. Planşet həmçinin özündə 12 GB RAM-ı, 256/512 GB daxili yaddaş həcmini, 13 MP + 8 MP ikili arxa kameranı, 16 MP-lik ön kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 10100 mAh enerji tutumlu batareyanı birləşdirir. Planşet HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışır. MatePad Pro 13.2 gələn ay satışa çıxacaq. 256 GB yaddaşa sahib versiya 999 avroya, 512 GB yaddaşa sahib versiya isə 1199 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova 12 seriyasına 4 smartfon daxil olacaq
    huawei-nova-12-seriyasina-4-smartfon-daxil-olacaq
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin keyfiyyətli render fotosu ortaya çıxıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-keyfiyyetli-render-fotosu-ortaya-cixib
    Huawei qeyri-adi dizayna sahib yeni naqilsiz qulaqlığının təqdimatına hazırlaşır
    huawei-qeyri-adi-dizayna-sahib-yeni-naqilsiz-qulaqliginin-teqdimatina-hazirlasir
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dizaynı keys istyehsalçısı tərəfindən sızdırılıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-dizayni-keys-istyehsalcisi-terefinden-sizdirilib