
Huawei nova 11 SE smartfonunun təqdimatı anons edilib
Artıq məlumdur ki, Huawei şirkəti bu ilin aprel ayında təqdim edilmiş nova 11 smartfon seriyasının yeni modeli olacaq nova 11 SE-nin təqdimatına hazırlaşır. Bir neçə saat bundan öncə sözügedən smartfonun render fotoları və bəzi texniki özəllikləri ortaya çıxdı. İndi isə şirkət nova 11 SE-nin təqdimatını rəsmi şəkildə anons edib. Beləliklə şirkətin anonsuna əsasən nova 11 SE smartfonu 31 dekabr tarixində Çində təqdim olunacaq. Smartfonun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir. Son məlumat sızıntılarına əsasən nova 11 SE 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...