
Huawei nova 12-nin keysinin fotosu ortaya çıxıb
Cihazlar+
06.12.2023
Emil
Hələ təqdim edilməmiş Huawei nova 12 smartfonlarından birinə aid olan keysin fotoları ortaya çıxıb. Fotolardan belə qənaətə gəlmək olar ki, keyslər adi nova 12 modeli üçün nəzərdə tutulub. Belə ki, keysin arxa panelindəki kamera sahəsinin dizaynı, nova 12-nin bir neçə müddət bundan öncə ortaya çıxmış render fotosu ilə üst-üstə düşür. Keyslərin artıq mağazalarda satılmaları nova 12 smartfonlarının yaxın zamanda təqdim olunacaqlarına işarə edir. Huawei nova 12 smartfon seriyası ya bu ayın sonunda ya da gələn ay təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
