main-post-cover

    Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər

    Cihazlar+
    29.09.2023
    Emil Nəcəfov
        Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim edilməmiş iki yeni smartfonunun qeydiyyat məlumatları və fotoları ortaya çıxıb. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfonlar Huawei P60 və Mate 50 modellərinin dizaynlarında reallaşdırılıblar. Bununla belə insayderlərin sözlərinə əsasən bu yeni smartfonlar daha aşağı performanslı texniki göstəricilərə sahib olmalıdırlar.
        Yeni smartfonlardan biri CTR-AL20 qeydiyyat koduna, digəri isə FGD-AL00 qeydiyyat koduna sahibdir. CTR-AL20 qeydiyyat koduna sahib smartfon Huawei Mate 50 dizaynında reallaşdırılıb. Onun arxa panelində dairə formasında kamera sahəsi yerləşir. Həmin kamera sahəsinin daxilində isə 3 ədəd kamera obyektivi mövcuddur. FGD-AL00 qeydiyyat koduna sahib ikinci smartfon isə Huawei P60 smartfonuna bənzəyir.
        Onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Həmin kamera sahəsinin daxilində isə iki ədəd kamera obyektivi və LED işıqlandırma sistemi mövcuddur. Arxa paneldə kiçik yazıya əsasən smartfonun əsas arxa kamerası 50 MP təşkil edir. Bu smartfonların texniki göstəriciləri, kommersiya məqsədli adları və təqdimat tarixləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər