main-post-cover

    Huawei özünün Vision Pro-su üzərində çalışır

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         Meizu şirkətinin marketinq üzrə keçmiş direktoru Li Nan-ın sözlərinə əsasən Huawei yeni artırılmış reallıq (AR) cihazı üzərində çalışır. Məlumata əsasən şirkətin AR cihazı Huawei Vision Pro adlanacaq. Qeyd etmək lazımdır ki, Huawei Vision Pro əmtəə nişanını Çində hələ 2019-cu ildə patentləşdirmişdi. Li Nan öz növbəsində Huawei Vision Pro barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən AR cihazın qiyməti 15 000 yuan (hal-hazırki məzənnəyə əsasən 2000$-dan bir qədər çox) təşkil edəcək.
         Yəni Huawei şirkətinin AR cihazı Apple Vision Pro-dan 2 dəfə ucuz qiymətə satılacaq. Məlumatda qeyd edilib ki, Huawei Vision Pro Sony istehsalı 4K keyfiyyətli Micro OLED ekranları və jestlərə əsaslanan idarəetmə sistemini əldə edəcək. Bununla yanaşı Li Nan bildirib ki, AR cihazın çəkisi 350 qramm təşkil edəcək. Yəni o, Apple Vision Pro-dan 2 dəfə yüngül olacaq. Huawei Vision Pro-nun nə zaman satışa çıxacağı barəsində məlumat verilməyib. Lakin qeyd edilib ki, Sony Huawei şirkətini Micro OLED ekranlarla yarım ildən sonra təmin edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei P70 Pro-nun texniki imkanları barəsində yeni məlumatlar verilib
    huawei-p70-pro-nun-texniki-imkanlari-baresinde-yeni-melumatlar-verilib
    Huawei Band 9 smart qolbağı üzərində çalışır
    huawei-band-9-smart-qolbagi-uzerinde-calisir
    Huawei P70 smartfonlarının qiymətləri Mate 60 smartfonlarının qiymətləri ilə eyni ola bilərlər
    huawei-p70-smartfonlarinin-qiymetleri-mate-60-smartfonlarinin-qiymetleri-ile-eyni-ola-bilerler
    Huawei FreeBuds 4E 2024 naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    huawei-freebuds-4e-2024-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti
    Huawei HarmonyOS-in desktop verisyasını istifadəyə verməyə hazırlaşır
    huawei-harmonyos-in-desktop-verisyasini-istifadeye-vermeye-hazirlasir