
Huawei P smartfon seriyası bundan sonra Huawei Pura adlanacaq
Cihazlar+
15.04.2024
Farid
Huawei şirkəti özünün P smartfon seriyasının ilk versiyasını təqdim etməsindən 12 il sonra bu smartfon seriyasının rebrendinqini keçirtmək qərarına gəlib. Beləliklə bundan sonra Huawei P seriyası Huawei Pura adlanacaq. Müvafiq olaraq yaxın zamanda bu yeni ad altında təqdim olunacaq smartfon seriyası da Huawei Pura 70 adını əldə edəcək. Qeyd etmək lazımdır ki, Pura ispan sözüdür və o, təmiz və gözəl kimi tərcümə olunur. Şirkət Huawei Pura 70 smartfon seriyasında əsas diqqətini dizayna ayıracaq. Huawei Pura 70 smartfon seriyasının nə zaman təqdim olunacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
