Huawei P50 Pocket adlı yeni qatlana bilən smartfonun real fotoları ortaya çıxıb

Huawei P50 Pocket adlı yeni qatlana bilən smartfonun real fotoları ortaya çıxıb

Mobil Cihazlar
16.12.2021 PAYLAŞIM

    Huawei şirkətinin P50 Pocket adlı yeni qatlana bilən smartfonunun təqdimat tarixinin elan edilməsindən sonra onun real fotoları da internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar şirkətin yeni qatlana bilən smartfon modelinin dizaynını qiymətləndirməyə imkan verirlər. Honor P50 Pocket-in əsas özəlliklərindən biri də o olacaq ki, onun gövdəsi işığı əks etdirən parlaq örtüyə sahib olacaq. Bununla yanaşı smarfonun qatlanma konstruksiyasında xrom materialdan hazırlanmış elementlər mövcud olacaq. Artıq fotolardan da bəllidir ki, P50 Pocket-in xarici görünüşü Galaxy Z Flip-i xatırladacaq.


    Smartfon gövdəsinin xarici hissəsində dairəvi formalı biki böyük sahə mövcuddur. Birinci sahədə smartfonun kameraları, ikinci sahədə isə köməkçi ekranı yerləşdirilib. Köməkçi ekranda saat, zənglər və bildirişlər barəsində məlumatlar əks olunacaq. Gözləntilərə əsasən smartfon noutbuk rejiminin dəstəyinə sahib olacaq. Bu halda smartfonu 90 dərəcə qatlanmış vəziyyətdə istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, P50 Pocket-in təqdimatı 23 dekabr tarixində baş tutacaq. Onun qiyməti barəsində hələ heç bir dəqiq məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfo..

Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi.


Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıx..

Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb.


iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə ..

Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imt..


Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. ..


Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır..

2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə ..


Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlum..

Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black S..

×