main-post-cover

    Huawei P50 smartfonunun rəsmi dizaynı sərgilənib (VİDEO)

    Cihazlar+
    03.06.2021
    Farid Pardashunas
        Huawei şirkəti Watch 3 smart saatını və HarmonyOS əməliyyat sistemini təqdim etdikdən sonra P50 smartfonunu da sərgiləyib. Lakin söhbət, təqdimat tədbirindən getmir. Şirkət sadəcə olaraq smartfonun rəsmi dizaynını və videosunu təqdim edib. Beləliklə təqdim olunmuş dizayn fotosundan da görmək olar ki, smartfonun ön paneli əyilmiş şəkildə olacaq. Arxa panelə gəldikdə isə görmək olar ki, həmin hissədə bir-birindən bir qədər aralı olan 2 ədəd dairəvi sahə yerləşir və həmin sahələr özlərində arxa kameraları birləşdirirlər.
        Yuxarıda yerləşən dairəvi sahənin daxilində 3 kamera obyektivi, aşağıda yerləşən dairəvi sahənin daxilində isə 1 böyük kamera obyektivi mövcuddur. Smartfonun rəsmi dizaynını sərgiləyən zaman şirkət onun texniki özəllikləri barəsində heç bir məlumat verməyib. O sadəcə bildirib ki, smarton üzərində işlər davam edir. Huawei şirkətinin general direktoru Richard Yu bildirib ki, hamıya tanış olan səbəblərə görə smartfonun təqdimat tarixi hələ təyin olunmayıb. Richard Yu, söhbətin hansı səbəblərdən getdiyini qeyd etməsə də, çox güman ki, o, ABŞ sanksiyalarına və ya hal hazırda qlobal bazarda yaşanan prosessor çatışmazlığına işarə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər