main-post-cover

    Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.03.2023
    Farid Pardashunas
        Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman smartfon seriyasını da təqdim edib. Sözügedən smartfon seriyasına 3 model daxil olub. Huawei P60, P60 ProP60 Art. Bu smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki göstəricklər baxımından bəzi fərqliliklər var. Hər 3 smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1220 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilət əchiz olunub. Smartfonların ekranları üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əlavə olaraq qeyd etmək lazımdır ki, P60 Pro modelinin ekranı Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə edilib.
        Hər 3 smartfonda barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Smartfonlar həmçinin kontaktsız ödənişlər üçün NFC çipə, stereo səsgücləndiricilərə və IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Əsas texniki göstəricilərə gəldikdə ilk öncə onu qeyd etmək lazımdır ki, P60 seriyasına daxil olan bütün smartfonlar Snapdragon 8+ Gen 1 4G prosessoru vasitəsilə çalışırlar və 8 GB RAM ilə təchiz olunublar. Adi P60 modeli 128/256/512 GB daxili yaddaş həcminə, P60 Pro isə yalnız 256/512 GB daxili yaddaş həcminə sahibdir. Adi P60 modeli özündə 48 MP + 13 MP + 12 MP (optik stabilizasiya, 5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kameranı, P60 Pro modeli isə özündə 48 MP + 13 MP + 48 MP (optik stabilizasiya, 3.5 qat optik zoom, 200 qat rəqəmsal zoom) üçlü arxa kameranı birləşdirir.
        Hər iki smartfon 13 MP-lik ön kamera və 4815 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lakin bu smartfonlar öz aralarında dəstəklənən sürətli şarj texnologiyasının göstəriciləri baxımından fərqlənirlər. Belə ki, adi P60 modeli 66 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz, P60 Pro modeli isə 88 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Üstəlik P60 Pro modeli 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasının dəstəyinə də sahibdir. P60 Pro Art modelinə gəldikdə, o, texniki göstəricilər baxımından P60 Pro ilə demək olar eynidir.
        Sadəcə olaraq P60 Pro-da 13 MP-lik ultragenişbucaqlı obyektivdən istifadə edildiyi halda, P60 Art modeli 40 MP-lik ultragenişbucaqlı obyektivə sahibdir. Bununla yanaşı P60 Art modeli 512 GB / 1 TB daxili yaddaş həcmi və 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Digər bütün özəlliklər baxımından o, P60 Pro ilə eynidir. Xarici görünüşcə isə P60 Art modeli digərlərindən bir qədər fərqlənir. Hər 3 smartfon HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei P60 smartfon seriyasının satışlarına bu ayın sonunda Çində start veriləcək. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaşa sahib Huawei P60 - 657$
    - 256 GB yaddaşa sahib Huawei P60 - 731$
    - 512 GB yaddaşa sahib Huawei P60 - 877$
    - 256 GB yaddaşa sahib Huawei P60 Pro - 1024$
    - 512 GB yaddaşa sahib Huawei P60 Pro - 1170$
    - 512 GB yaddaşa sahib Huawei P60 Art - 1316$
    - 1 TB yaddaşa sahib Huawei P60 Art - 1609$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər