
Huawei P70 iki müxtəlif ekran ölçüsü versiyasında test edilir
Cihazlar+
30.01.2024
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Huawei yaxın aylar ərzində təqdim olunacaq P70 smartfonunun testlərinə start verib. İnsayderlərin sözlərinə əsasən smartfonun test mərhələsinə start verilməsinə baxmayaraq şirkət onun ekran ölçüsü ilə bağlı yekun qərara hələ gələ bilməyib. Buna görə də testlərdə Huawei P70-in iki versiyası test edilir. Məlumata əsasən onlardan biri 6.58 düym ekrana, digəri isə 6.8 düym ekrana sahibdir. Bununla belə hər iki ekran 1.5K keyfiyyətindədir. Huawei P70-in nəticədə hansı ölçüdə ekranı əldə edəcəyi çox güman ki, təqdimata yaxın müddətdə bilinəcək.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
