Logo
    main-post-cover

    Huawei P70 Pro-nun texniki imkanları barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    09.02.2024
    Emil
         Huawei şirkətinin yaxın aylar ərzində təqdim edəcəyi P70 smartfon seriyasına daxil olacaq modellərdən biri də P70 Pro olacaq. İnsayderlər sözügedən modelin texniki imkanları barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Huawei P70 Pro smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli OLED ekranı əldə edəcək. Ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq.
         Smartfon 50 MP-lik Sony IM989 kamera obyektivini, optik stabilizasiyaya sahib 48 MP-lik OV6485X kamera obyektivini və 40 MP-lik Sony IMX858 kamera obyektivini əldə edəcək. Məlumatda qeyd edilib ki, Huawei P70 Pro Kirin 9000S prosessoru vasitəsilə çalışacaq və 88 vatt gücündə sürətli şarj texnologiyalı 4750 mAh enerji tutumlu batareyanı əldə edəcək. Üstəlik smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
    Paylaş