
Huawei P70 smartfon seriyası yaxın günlərdə təqdim oluna bilər
Cihazlar+
29.03.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti özünün P70 smartfon seriyasının təqdimatını bilinməyən müddətə kimi təxirə salınıb. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən sözügedən smartfon seriyasının təqdimatına sayılı günlər qalıb. Məlumatda qeyd edilib ki, Huawei P70 smartfon seriyası 2 aprel tarixində təqdim olunacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, bu smartfon seriyasına 4 model daxil olacaq. Huawei P70, P70 Pro, P70 Pro+ və P70 Art. Gözləntilərə əsasən bu smartfonlar Huawei şirkətinin Kirin 9000S prosessoru vasitəsilə çalışacaqlar.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
