main-post-cover

    Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ

    Cihazlar+
    18.04.2024
    Farid Pardashunas
         Huawei şirkəti heç gözlənilmədən Huawei Pura 70 smartfon seriyasını təqdim edib. Bu smartfon seriyasına 4 model daxil olub. Huawei Pura 70, Pura 70 Pro, Pura 70 Pro+Pura 70 Ultra. Bu xəbərdə biz ilk iki modelə nəzər yetirəcəyik. Yəni Huawei Pura 70 ilə Pura 70 Pro-ya. Növbəti xəbərdə isə Huawei Pura 70 Pro+ ilə Pura 70 Ultra barəsində danışacağıq. Beləliklə Huawei Pura 70 ilə Pura 70 Pro modelləri xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Onlar yastı gövdəyə və yastı ekrana sahibdirlər. Lakin adi Pura 70 modelinin kənar hissələri iti formaya sahib olduqları halda, Pura 70 Pro modelinin kənar hissələri bir qədər dairəvi formaya sahibdirlər. Bu smartfonlar texniki göstəricilər mövzusunda bir-birilərindən fərqlənirlər. Adi Pura 70 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2760x1256 piksel keyfiyyətli 6.6 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və o, Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Pura 70 Pro modelinə gəldikdə isə o, 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinən sahib 2844x1260 piksel keyfiyyətli 6.8 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və o da Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Hər iki smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Onlar həmçinin özlərində stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Adi Huawei Pura 70 modeli Kirin 9000S1 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Pura 70 Pro-ya gəldikdə isə o, Kirin 9010 prosessoru vasitəsilə çalışır və eyni RAM ilə daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Pura 70 modeli 50 MP (f/1.4-4.0 dəyişkən diafraqma, optik stabilizasiya) + 12 MP (f/3.4 diafraqma, optik stabilizasiya, 5 qat optik zoom, 50 qat rəqəmsal zoom) + 13 MP (f/2.2 diafraqma) üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir.
         Pura 70 Pro da üçlü arxa kameraya sahibdir. 50 MP (f/1.4-4.0 dəyişkən diafraqma, optik stabilizasiya) + 48 MP (f/2.1 diafraqma, optik stabilizasiya, 3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom) + 12.5 MP (f/2.2 diafraqma). Pura 70 Pro-da ön kamera adi Pura 70 modelindəki kimidir. Batareyaya gəldikdə, Pura 70 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Pura 70 Pro modeli isə o, 100 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Hər iki smartfon Android 12 əsaslı HarmonyOS 4.2 vasitəsilə çalışır. Smartfonlar artıq Çin bazarında satışa çıxıblar. Onların qlobal bazarda satılıb-satılmayacaqları isə bilinmir. Huawei Pura 70 ilə Pura 70 Pro-nun Çindəki satış qiymətləri aşağıdakı kimidir.
    - 256 GB yaddaşa sahib Huawei Pura 70 - 760$
    - 512 GB yaddaşa sahib Huawei Pura 70 - 829$
    - 1 TB yaddaşa sahib Huawei Pura 70 - 967$
    - 256 GB yaddaşa sahib Huawei Pura 70 Pro - 897$
    - 512 GB yaddaşa sahib Huawei Pura 70 Pro - 966$
    - 1 TB yaddaşa sahib Huawei Pura 70 Pro - 1105$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Pura 70 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    huawei-pura-70-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib
    Huawei P smartfon seriyası bundan sonra Huawei Pura adlanacaq
    huawei-p-smartfon-seriyasi-bundan-sonra-huawei-pura-adlanacaq
    Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    huawei-freebuds-lipstick-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    4K keyfiyyətli Huawei Smart Screen S5 televizoru təqdim edilib - QİYMƏTİ
    4k-keyfiyyetli-huawei-smart-screen-s5-televizoru-teqdim-edilib-qiymeti
    Huawei Mate 70 smartfon seriyası Android tətbiqlərin dəstəyi imkanından məhrum ola bilər
    huawei-mate-70-smartfon-seriyasi-android-tetbiqlerin-desteyi-imkanindan-mehrum-ola-biler