Logo
    main-post-cover

    Huawei şirkətinin təqdim olunmamış smartfonunun xarici görünüşü sərgilənib

    Cihazlar+
    14.02.2024
    Emil
         Huawei şirkətinin hələ təqdim edilməmiş yeni smartfonunun xarici görünüşünü əks etdirən poster Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Fotoda nazik ekran ətrafı çərçivəyə sahib smartfon əks olunub. Onun ekranının yuxarı mərkəz hissəsində kiçik ölçülü dairəvi çıxıntı yerləşir. Arxa paneldə isə dairəvi kamera sahəsi mövcuddur və kamera sahəsinin daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma var. Məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı və 64 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla yanaşı smartfon Kirin 7000 prosessoru vasitəsilə çalışmalı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Bu smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş