
Huawei Watch Fit 3 smart qolbağı təqdimata hazırlaşır
Cihazlar+
02.04.2024
Emil
Huawei keçən həftə Band 9 adlı smart qolbağını təqdim etdi. İndi isə şirkət daha bir yeni smart qolbağını təqdim etməyə hazırlaşır. Söhbət, Huawei Watch Fit 3-dən gedir. Belə ki, sözügedən smart qolbaq Malayziyanın SIRIM adlı sertifikatlaşdırma agentiliyinin məlumatlar bazasında ortaya çıxıb. Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında bu yeni smart qolbağın texniki özəllikləri əks olunmayıb. Lakin güman etmək olar ki, o, hal-hazırda aktual olan Huawei Watch Fit 2-yə bənzəyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
