Huawei yeni qatlana bilən smartfonunun təqdimatını elan edib

Huawei yeni qatlana bilən smartfonunun təqdimatını elan edib

Mobil Cihazlar
14.12.2021 PAYLAŞIM

    Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Huawei şirkəti yeni qatlana bilən smartfonunun təqdimat tarixini elan edib. Beləliklə şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən yeni qatlana bilən smartfon bazara Huawei P50 Pocket adı ilə satışa çıxacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd olunurdu ki, smartfon ya Mate V ya da Mate Flip adını əldə edəcək. Qeyd etmək lazımdır ki, şirkətin yeni qatlana bilən smartfon modeli Galaxy Z Flip 3 ilə rəqabət aparacaq və məhz onun dizaynında reallaşdırılacaq.


    Təqdimat tarixinə gəldikdə isə smartfon 23 dekabr-da təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən P50 Pocket smartfonu 2 ədəd ekran ilə təchiz olunacaq. Onlardan birincisi əsas ekran rolunu oynayacaq və o, 6.7 düym ölçüsündə olacaq. İkinci ekran isə dairəvi formada olacaq və smartfonun xarici tərəfində yerləşəcək. Həmin ekranın köməkçi ekran rolunda çıxış edəcəyi gözlənilir. Belə ki, onda bildirişlər və s. məlumatlar əks olunmalıdır. Bununla yanaşı smartfon Kirin 9000 Snapdragon 888 4G prosessoru ilə təchiz olunacaq. Məlumatlara əsasən P50 Pocket-in qiymət 2000$-dan aşağı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfo..

Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi.


Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıx..

Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb.


iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə ..

Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imt..


Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. ..


Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır..

2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə ..


Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlum..

Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black S..

×