main-post-cover

    İkinci nəsil Apple Vision Pro-nun təqribi çıxış müddəti açıqlanıb

    Cihazlar+
    30.04.2024
    Farid Pardashunas
         Apple Vision Pro qarışıq reallıq cihazının fevral ayının əvvəlində satışa çıxmasına baxmayaraq son məlumatlara əsasən şirkət artıq onun davamçısı üzərində çalışır. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən ikinci nəsil Apple Vision Pro 2026-cı ildən tez işıq üzü görməyəcək. Daha öncə isə Gurman bunun 2025-ci ildə baş verəcəyini proqnozlaşdırırdı. Görünür, Apple ikinci nəsil Vision Pro-nun satış müddəti barəsindəki planlarında dəyişiklik edib.
         Bununla yanaşı insayder bildirib ki, Apple ikinci nəsil Vision Pro-nun satışa çıxacağı müddətə kimi orijinal Vision Pro-nun daha ucuz versiyasının satışa çıxarılması yollarını axtarır. Lakin məlumatda qeyd edilib ki, şirkət artıq satışa çıxmış Vision Pro-nun qiymətinin hansı üsulla aşağı salmaq lazım olduğunu hələ bilmir. Qeyd etmək lazımdır ki, Vision Pro hal-hazırda yalnız ABŞ bazarında satılır və yaxın zamanda onun digər ölkələrdə də satışa çıxacağı gözlənilir. Son məlumatlara əsasən qarışıq reallıq cihazının satış göstəriciləri Apple şirkətinin gözləntilərindən aşağı olub və bu səbəbdən də şirkət Vision Pro-nun istehsal həcmini aşağı salıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
    butun-iphone-16-smartfonlarinin-xarici-gorunusleri-bir-fotoda-sergilenib
    Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!
    apple-ios-18-ile-tetbiqleri-yenileyir
    Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-buds-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-4-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
    yeni-ipad-pro-m3-den-daha-guclu-prosessoru-elde-ede-biler