main-post-cover

    İnsayder: Xiaomi gələn il 3 ədəd qatlana bilən smartfon təqdim edəcək

    Cihazlar+
    25.12.2020
    Farid Pardashunas
        Son illərdə istehsalçılar qatlana bilən ekrana sahib bir sıra cihazların patentlərini əldə ediblər. Lakin patenti alınmış həmin cihazlardan heç də hamısı nəticədə satışa çıxmadı. Yaxın zamanda qatlana bilən ekrana sahib smartfonların istehsalı ilə məşğul olan şirkətlər sırasına Xiaomi də qatılacaq. Bu barədə məşhur insayder Ross Young danışıb. İnsayderin verdiyi məlumata əsasən 2021-ci ildə Xiaomi 3 ədəd qatlana bilən smartfon təqdim edəcək. Birinci smartfonun konstruksiyası Huawei Mate Xs-i xatırladacaq və onun ekranı xarici istiqamətə qatlanacaq.
        İkinci smartfon Galaxy Fold-u xatırladacaq və qatlanmış vəziyyətdə əsas ekran xarici təsirlərdən örtülü şəkildə qalacaq. Üçüncü smartfona gəldikdə isə o, qatlana bilən Motorola RAZR-ı xatırladacaq. İnsayder bu smartfonların texniki özəlliklərini və dəqiq təqdimat tarixlərini açıqlamayıb. Qeyd etmək lazımdır ki, internetdə artıq dəfələrlə Xiaomi şirkətinin qatlana bilən smartfon patentləri ortaya çıxıb. Lakin şirkət özü bu barədə hələ rəsmi bir anons etməyib. Qatlana bilən Xiaomi smartfonlarının güman olunan satış qiymətləri də məlum deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər