
İnsayderlər OnePlus Ace 3V-nin konkret təqdimat tarixini açıqlayıblar
Cihazlar+
14.03.2024
Emil
Artıq məlumdur ki, OnePlus Ace 3V gələn həftə təqdim olunacaq. Bu barədə məlumatı OnePlus şirkəti özü bir neçə saat bundan öncə təqdim etdi. Lakin şirkət təqdimatın konkret olaraq hansı tarixdə baş verəcəyini açıqlamadı. İnsayderlər isə bu məlumatı veriblər. Onların sözlərinə əsasən OnePlus Ace 3V smartfonu 19 mart tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, təqdimat Çində baş tutacaq. Qlobal bazarda OnePlus Ace 3V çox güman ki, OnePlus Nord seriyası altında satılacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
