Logo
    main-post-cover

    İnsayderlər Samsung Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar

    Cihazlar+
    12.02.2025
    Emil
         Samsung keçən ilin avqust ayında Galaxy A06 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət Galaxy A06 5G üzərində çalışır. İnsayderlər hazırlanan Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən Galaxy A06 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq və 4/6 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edəcək.
         Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə onun 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Smartfon qutudan Android 15-i əldə edəcək və 4 illik Android dəstəyi ilə 4 illik təhlükəsizlik dəstəyinə sahib olacaq.
    Mənbə: Gadgets360
    Paylaş
    Bənzər xəbərlər
    meshur-insayder-samsung-galaxy-a56-nin-yeni-render-fotosunu-teqdim-edib
    Cihazlar+

    Məşhur insayder Samsung Galaxy A56-nın yeni render fotosunu təqdim edib

    Təqdimata hazırlaşan orta büdcəli Samsung Galaxy A56 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Evan Blass adlı məşhur insayder sözügedən smartfonun render fotosunu təqdim edib.
    samsung-galaxy-s26-smartfonlari-daha-ferqli-batareyalari-elde-edecekler
    Cihazlar+

    Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər

    Samsung Galaxy S25 seriyası yeni prosessorlar və digər təkmilləşdirmələrlə gəlsə də, əvvəlki nəsildən kiçik tutumlu köhnəlmiş batareyaları miras alıb.
    samsung-galaxy-s26-smartfon-seriyasinda-exynos-prosessorunun-istifadesi-gozlenilir
    Cihazlar+

    Samsung Galaxy S26 smartfon seriyasında Exynos prosessorunun istifadəsi gözlənilir

    Yeni məlumatlar Samsung-un Exynos 2600 prosessorunun inkişafında ciddi irəliləyiş əldə etdiyini və Galaxy S26 seriyasında yenidən öz prosessorlarından stifadə edə biləcəyini göstərir.
    samsung-galaxy-s25-edge-smartfonunun-bezi-esas-ozellikleri-aciqlanib
    Cihazlar+

    Samsung Galaxy S25 Edge smartfonunun bəzi əsas özəllikləri açıqlanıb

    Keçən ayın sonuna yaxın keçirilmiş Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Samsung şirkət, Galaxy S25 smartfonlarını təqdim etdi və tədbirin sonunda daha nazik gövdə dizaynına malik olan Galaxy S25 Edge smartfonunu anons etdi.
    bu-il-son-android-15-yenilenmesini-elde-edecek-samsung-cihazlarinin-siyahisi-teqdim-edilib
    Proqram Təminatı

    Bu il son Android 15 yenilənməsini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib

    Samsung həmişə Android üçün uzunmüddətli yeniləmə siyasəti ilə tanınıb. Lakin Android 15-in buraxılması ilə bir çox Galaxy cihazları son böyük yeniləməsini əldə edəcəklər. Bu il ərzində son Android 15 yenilənməsini əldə edəcək Galaxy cihazlarının siyahısı təqdim edilib.