Logo
    main-post-cover

    Insta360 AI dəstəkli yeni 4K veb-kameralarını təqdim etdi

    Cihazlar+
    13.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Insta360 yeni nəsil AI dəstəkli 4K veb-kameralarını təqdim edib. Link 2 ProLink 2C Pro adlanan bu modellər əsasən kontent yaradıcıları, müəllimlər və uzaqdan çalışan peşəkarlar üçün nəzərdə tutulub. Şirkətin əsas məqsədi adi veb-kamera ilə peşəkar kamera və mikrofon səviyyəsinə yaxın görüntü və səs keyfiyyəti təqdim etməkdir.
    Insta360's Webcams Now Come in Cheaper Models - CNET
        Hər iki model əvvəlki nəsillə müqayisədə daha böyük 1/1.3 düymlük sensorla təchiz olunub və dual native ISO texnologiyası sayəsində zəif işıq şəraitində daha yaxşı nəticə verir. Kameralar həmçinin HDR dəstəyinə malikdir. Səs tərəfdə isə beamforming texnologiyası və AI səs-küy ləğvi istifadə olunur. İstifadəçilər dörd fərqli səs toplama rejimi arasından seçim edə bilirlər. Məsələn, Focus rejimi tək danışanı izolyasiya edir, Wide rejimi isə bir neçə danışanı eyni anda aydın şəkildə qeydə alır.
        Hər iki veb-kamera 4K / 30 fps video çəkilişini dəstəkləyir. Yenilənmiş True Focus sistemi faza-detection autofocus vasitəsilə hərəkət edən şəxsi kadrda daima fokusda saxlayır. Bundan əlavə, DSLR kameralara bənzər fon bulanıqlığı yaradan Natural Bokeh rejimi də mövcuddur. Modellər arasındakı əsas fərq isə mexaniki quruluşdadır. Link 2 Pro modelində AI əsaslı izləmə üçün 2 oxlu gimbal yerləşdirilib və bu, tək və ya qrup şəklində kadr quruluşunu avtomatik tənzimləyir. Link 2C Pro isə sabit quruluşludur və masaüstü, stasionar istifadə üçün nəzərdə tutulub.
    Paylaş
    Bənzər xəbərlər