Logo
    main-post-cover

    Insta360 Go 3S artıq klassik fotoaparat kimi istifadə oluna bilir

    Cihazlar+
    14.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Insta360 özünün kompakt action kamerası olan Insta360 Go 3S üçün yeni “Retro Viewfinder” aksesuarını təqdim edib. Yeni aksesuar kameranı klassik plyonkalı fotoaparatlara bənzər formada istifadə etməyə imkan verir və istifadəçilərə “retro çəkiliş təcrübəsi” vəd edir.
        “Retro Viewfinder” aksessuarı vasitəsilə Go 3S kamera xüsusi maqnitli korpusa yerləşdirilir və istifadəçi görüntünü yuxarıdan baxılan optik vizor vasitəsilə kadra sala bilir. Şirkətin sözlərinə görə, bu yanaşma köhnə film kameralarının istifadə hissini yenidən yaratmaq məqsədi daşıyır. Aksesuar ayrıca 47.99 dollar qiymətinə satışa çıxarılıb. Bundan əlavə, 64 GB yaddaşa sahib Go 3S kamera ilə birlikdə təqdim edilən “Retro Bundle” paketinin qiyməti 299.99 dollardır. Bu paket standart “Action Pod” ekranlı versiyadan daha ucuz başa gəlir.
    Looking down into the Insta360 Retro Viewfinder’s viewfinder.
        Yeni aksesuarın bəzi çatışmazlıqları da var. Vizorun baxış bucağı olduqca məhduddur və kameranın cüzi hərəkəti belə görüntünün itməsinə səbəb ola bilir. Bundan başqa, vizordakı görüntü üfüqi formada tərs göstərilir ki, bu da kadrı düzgün yerləşdirməyi çətinləşdirir. Xüsusilə geniş bucaqlı obyektiv səbəbindən çəkilən görüntülər vizorda görünəndən fərqli nəticə verə bilir. Məqalədə qeyd olunur ki, aksessuar gündəlik küçə çəkilişləri və retro hissiyat üçün maraqlı görünsə də, peşəkar və dəqiq kadr istəyən istifadəçilər üçün ideal seçim deyil. Çünki parametrlərin dəyişdirilməsi üçün yenə də smartfon tətbiqinə qoşulmaq tələb olunur.
        Batareya müddəti də əsas məhdudiyyətlərdən biri hesab edilir. Əlavə batareya modulu ilə birlikdə belə kamera təxminən 150 foto çəkdikdən sonra enerji tükəndirə bilir. 4K video çəkiliş zamanı isə enerji daha sürətli azalır. Bununla belə, Insta360 Go 3S-in kompakt ölçüsü və retro dizayn ideyası sosial media kontent yaradıcıları və küçə fotoqrafiyası sevən istifadəçilər üçün maraqlı alternativ ola bilər.
     
    Paylaş