Logo
    main-post-cover

    Insta360 smartfonlar üçün USB-C selfie ekranını təqdim edib

    Cihazlar+
    08.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, aksiyon kameraları ilə tanınan Insta360 yeni məhsulunu təqdim edib. Şirkətin “Snap” adlandırdığı bu cihaz smartfonlara qoşulan kiçik USB-C ekranıdır və istifadəçilərə telefonun arxa kamerası ilə daha keyfiyyətli selfie və vlog çəkilişləri etməyə imkan verir. Snap 3.5 düymlük sensor ekranla təchiz olunub. Bu ekran vasitəsilə istifadəçilər kadrajı əvvəlcədən görə, zoom və fokus kimi kamera parametrlərini idarə edə bilirlər. Beləliklə, ön kamera əvəzinə daha yüksək keyfiyyətli arxa kameradan istifadə etmək mümkün olur.
        Cihazın bir versiyası da AMIRO ilə birlikdə hazırlanıb. Bu modeldə müxtəlif rəng temperaturu və parlaqlıq səviyyələri olan daxili işıq sistemi də mövcuddur. Standart Snap modeli 79.99 dollar, işıqlı versiya isə 89.99 dollar qiymətlə satışa çıxarılıb. Snap USB-C vasitəsilə birbaşa telefona qoşulur və bu yanaşma simsiz alternativlərlə müqayisədə daha stabil və gecikməsiz görüntü təqdim edir. Cihaz cəmi 6.8 mm qalınlığındadır və MagSafe dəstəkli iPhone modellərinə maqnitlə bərkidilə bilir. Digər telefonlar üçün isə əlavə maqnit halqası təqdim olunur. Android cihazlarda işləməsi üçün isə DisplayPort Alt Mode dəstəyi tələb olunur.
        Müasir smartfonlarda arxa kameraların ön kameralarla müqayisədə daha yüksək keyfiyyət təqdim etməsi nəzərə alınsa, Snap xüsusilə kontent yaradanlar və sosial şəbəkə istifadəçiləri üçün maraqlı aksesuara çevrilə bilər.
    Paylaş